Rəsmi Moskvadan sərt bəyanat

10:45 02-08-2019 541

Rəsmi Moskva heç kimə Rusiyanın “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqavilədən çıxmasından sonra onunla təzyiq və güc dilində danışmasına icazə verməyəcək. 

TASS xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib. 

“Təzyiq və güc – bu, bizimlə danışılacaq dil deyil”, - deyə S.Ryabkov qeyd edib. 

Ryabkovun sözlərinə görə, NATO Rusiyanı inandırmağa çalışır ki, Avropada nüvə təchizatı yerləşdirməyəcək. 

“Amma buna təminat vermək olmaz”, - S.Ryabkov əlavə edib.

Xatırladaq ki, NATO baş katibi Yens Stoltenberqin bəyanatına görə, ittifaq Avropada yeni yerüstü nüvə raketlərini yerləşdirmək niyyətində deyil.