Nərimanovda 16 yaşlı yeniyetmə tanışı tərəfindən bıçaqlandı

07:00 14-02-2021 487

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, tanışı tərəfindən mübahisə zəminində bıçaqlanan 2005-ci il təvəllüdlü Hüseynov Rüfəz İslam oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.