Ağstafada bir nəfər naməlum şəraitdə xəsarət alıb

10:20 14-02-2021 518

Ağstafa şəhərində 24 yaşlı şəxs naməlum şəraitdə aldığı kəsici xəsarətlə xəstəxanaya müraciət edib.

“Report”un Qərb mərkəzinin məlumatına görə, Ağstafa rayon sakini, 24 yaşlı Roman Abbasov sol böyrək üstü nahiyəsindən kəsici xəsarət alıb.

O, yaxınları tərəfindən Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikrən sonra Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə göndərilib.

O, özü ehtiyatsızlıqdan yıxılaraq dəmir parçasının batması nəticəsində xəsarət aldığını bildirib.

R.Abbasovun dəqiq olaraq hansı şəraitdə xəsarət aldığı polis əməkdaşları tərəfindən araşdırılır.