Türkiyəli fermer nəhəng portağal yetişdirdi - FOTO/VİDEO

05:00 15-02-2021 522

Adananın Kozan ilçəsində, fermer Tolqa Ceyhanlıya məxsus fermada nəhəng portağal yetişib.

“HaberTürk”ün mələumatına görə, ferma sahibi 30 illik fermerlik fəaliyyəti ərzində ilk dəfədir ki belə bir halla üzləşdiyini bildirib.

Qeyri-adi meyvənin çəkisi 1 kilo 260 qramdır. O, normal ölçülü portağallardan 3-4 dəfə böyükdür.

Qeyd edək ki, iri portağal Vaşinqton sortuna aiddir.