Dərinin solğunluğu ölümcül xəsətlikdən xəbər verə bilər

05:40 15-02-2021 453

Dərinin solğunluğu bağırsaq xərçənginin əlaməti ola bilər.

Bu barədə “Express” nəşri Britaniya Onkoloqlar Assosiasiyasına istinadən məlumat yayıb.

Məlumata əsasən, bir çox hallarda üz dərisinin ağarması qan azlığı xəstəliyindən xəbər verir. Lakin qanda dəmir azlığının özü bəzən onkoloji xəstəlik səbəbindən baş verə bilər.

Bağırsaq xərçənginin əsas əlamətləri nəcisdə qan, qarın boşluğunun aşağı hissəsində davamlı ağrı və bağırsaq fəaliyyətində dəyişikliklərdir. Əgər bu əlamətlərdən hər hansı biri üç həftə davam edərsə, dərhal həkimə müraciət etmək lazımdır.