Yadplanetlilərə aid olduğu iddia edilən qədim qaya təsvirləri aşkar olunub – FOTO

06:00 15-02-2021 486

Polşanın Yaqellon Universitetinin alimləri Tanzaniyanın mərkəzi hissəsində, Svaqa-Svaqa qoruğunda insana bənzər məxluqların təsvir olunduğu qaya rəsmləri aşkar ediblər.

“EADaily” portalı xəbər verir ki, araşdırmaçılar bötövlükdə 97 belə təsvir tapıblar.

Təsvirlərin dəqiq yaşı bilinməsə də, onların ən az bir neçə əsr əvvələ aid olduğu qeyd edilir. Qaya rəsmlərində insanlar iri və uzunsov başlarla təsvir olunub. Bəziləri artıq bu təsvirlərin yadplanetlilərə aid olduğunu da ehtimal ediblər. Lakin alimlər bu iddiaları rədd edir və onları əsassız adlandırırlar.