Kraliça II Elizabet Meqan Marklın yeni hamiləlik xəbərinə münasibət bildirdi - FOTO

05:20 16-02-2021 477

Böyük Britaniya Kraliçası II Elizabet şahzadə Harri və Meqan Marklın ikinci övladını gözlədikləri xəbərinə sevinclə reaksiya göstərib və cütlüyü təbrik edib.

Bu barədə “Daily Mail” xəbər verib.

“Əlahəzrət, Edinburq Hersoqu, Uels Şahzadəsi və bütün ailə xoşbəxtdir, onlara ən yaxşısını diləyirik”, - deyə nəşrə Bukinqem Sarayı təmsilçisi bildirib.

Qeyd edək ki, fevralın 14-də hersoqun və Sasseks hersoqinyasının nümayəndəsi Meqan Marklın yeni hamiləliyini elan edib.

“Arçinin böyük qardaş olacağını təsdiqləyə bilərik”, - deyə sözcü bildirib.

Ən maraqlısı isə Şahzadə Diana 37 il əvvəl məhz Sevgililər Günündə Şahzadə Harriyə hamiləliyini elan etmişdi.

Gözlənilən körpə Böyük Britaniya kraliçası II Elizabetin 12-ci nəticəsi olacaq.