Əsarətdən xilas edilərək təbiətə buraxılan ayılar xilaskarlarının üstünə cumdu - FOTO/VİDEO

07:00 16-02-2021 512

Heyvan haqlarının müdafiəçiləri bəzi imkanlı insanların əsarətində olan bir neçə boz ayını alaraq təbiətə buraxıblar. Heyvanlar isə minnətdarlıq əvəzinə, elə onların üstünə hücum çəkib. Xilasedicilərin özləri qaçmaq məcburiyyətində qalıb.

“Daily Mail”in məlumatına görə, hadisə İraqın şimalında baş verib. Bununla bağlı yayılan kadrlarda altı Suriya boz ayısının insanların üstünə necə hücum çəkdiyi görünür.

Ekspertlərin sözlərinə görə, ətrafda yığılan çoxsaylı insanlar və KİV nümayəndələrinin çəkdiyi şəkillər heyvanların təşvişə düşməsinə səbəb olub.

2018-ci ilə eyni layihə zamanı analoji hadisə baş vermişdi. Həmin vaxt iki jurnalist xəsarət almışdı.