Boksçu həbsxanada intihar etdi

02:09 03-08-2019 879

Polşa boksçusu, gənclər arasında keçmiş dünya çempionu David Kostetski intihar edib.

HerGun.Az-ın Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, o, cinayətkar qruplaşmanın təşkilində ittiham edilib. Boksçuya beş il həbs cəzası kəsilib. 

Onun həbs müddətinin bitməsinə cəmi iki qalırdı. 

Sonuncu dəfə Kostetski  2014-cü ildə rinqə çıxıb. O, ağır çəki dərəcəsində çıxış edirdi. Boksçunun hesabında 39 qələbə və iki məğlubiyyət vardı.