“Redinq həbsxanasından qaçış”: Benksi məşhur zindanın divarına yeni qrafiti çəkdi - VİDEO

09:40 06-03-2021 615

Anonim rəssam Benksi görkəmli irland yazıçısı Oskar Uayldın həbsdə olduğu Redinq şəhər həbsxanasının divarına qrafiti çəkib və müəllifliyini video ilə sübut edib.

Bununla bağlı kadrlar onun “Instagram” hesabında dərc olunub.

2013-cü ildən bəri öz təyinatı üzrə istifadə olunmayan həbsxana binası Viktoriya dövrünün memarlıq abidəsi kimi tanınır. Şəhər bələdiyyəsi onu mədəni məkana çevirmək istəyir, lakin Ədliyyə Nazirliyi balansındakı əmlak üçün ticari alıcı axtarır.

Ekspertlərin fikrincə, rəssam bu aksiyası ilə obyektin rekonstruksiyası ideyasını dəstəkləyir.