Rus “Ovçu”su ilk uçuşunu etdi

23:18 03-08-2019 589

Rus mühəndislərin istehsal etdiyi “Ovçu” ağır pilotsuz uçuş aparatı (PUA) ilk təcrübədən çıxarılıb.

“Lenta.ru” xəbər verir ki, ilk uçuş 20 dəqiqə davam edib.

Operatorun idarə etdiyi PUA aerodromdan hərəkətə başlayıb, təxminən 600 metr yeksəkliyə qədər qalxıb və yerə uğurlu eniş edib.

Bildirilib ki, onun istehsalında xüsusi texnologiyadan istifadə olunub ki, PUA-nı praktiki olaraq heç bir radiolokasiya aparatları “tuta” bilmir.

Ağırlığı 20 ton olan “Ovçu” bir saatda 1000-1400 km məsafə qət edə bilir.