“Cumanci”nin dördüncü hissəsi çəkiləcək

04:00 09-03-2021 497

“Seven Bucks Productions” şirkətinin rəhbəri Hiram Qarsiya “ComikBook”a verdiyi müsahibəsində “Cumanci”nin dördüncü hissəsinin çəkiləcəyini bildirib.

Bu barədə gazeta.ru portalı məlumat yayıb.

Qarsiyanın sözlərinə görə, prodüser şirkəti həqiqətən də böyük ideyanı reallaşdırmaq niyyətindədir.

“Bu bizim ən çox sevdiyimiz layihələrdən biridir. Onun üzərində işləyib, buraxılışa hazırlayacağıq”, - deyə o, bildirib.

Qeyd edək ki, “Cumanci” filmi ilk dəfə 1995-ci ildə ekranlara çıxıb. 2017-2019-cu illərdə isə Dueyn Consonun iştirakı ilə filmin növbəti hissələri tamaşaçılara təqdim olunub.