Kamçatkada vulkan püskürməsinin görüntüləri yayılıb – VİDEO

03:00 11-03-2021 450

Rusiyanın Kamçatka yarımadasında Avrasiyanın ən böyük vulkanı sayılan “Kluçevskaya Sopka”nın püskürməsi görüntüləri yayılıb.

“Arqumentı i Faktı” nəşrinin yaydığı görüntülər kvadrokopterlər vasitəsilə qeydə alınıb.

Kadrların köməkliyi ilə 9 metr eni olan qaynar lava axınının Erman buzlağının altına toplanması müəyyən olunub.

Vulkan püskürməsi nəticəsində xəsarət alan olmayıb.