Rusiyada yeddi polis maşını bir sürücünü təqib etdi - VİDEO

03:20 11-03-2021 443

Rusiyanın Yekaterinburq şəhərində Hollivud filmlərindəki səhnələri xatırladan bir hadisə baş verib.

Sosial şəbəkələrdə axşam saatlarında qeydə alınmış polis təqibinin videogörüntüləri yayılıb. Kadrlarda yeddi polis maşınının “Lada” minik avtomobilini saxlamağa çalışması əks olunub.

Polisin qayda pozucusunun avtomobilinin təkərlərinə atəş açdığı bildirilib. Lakin təqibin nə ilə nəticələndiyi barədə məlumat verilməyib.