Vanna otağından kobra çıxdı – VİDEO

03:40 11-03-2021 555

Kambocanın Paylin əyalətində vanna otağına daxil olan kişi qorxulu anlar yaşayıb.

“Newsflare” portalı xəbər verir ki, o, unitazın dəliyində canlı kobranın olduğunu görüb.  

Lakin Rey Sofa adlı şəxs özünü itirməyib və zəhərli ilanı su ilə yuyaraq kənarlaşdırmağa çalışıb. Hərçənd, onun bütün cəhdləri uğursuz alınıb.

Sonradan ilan özü dəlikdən yoxa çıxsa da, indi bütün ailə vanna otağından istifadə etməyə qorxur.