Kutsi rol yoldaşının anası ilə gizli şəkildə evləndi - FOTO

02:00 12-03-2021 432

TRT1 ekranlarında yayımlanan “Mənim adım Mələk” serialı ilə tamaşaçıların qarşısına çıxan türkiyəli məşhur müğənni Kutsi gizli şəkildə evlənib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, məşhur müğənni rol yoldaşı uşaq aktyor Poyraz Arın anası Sibel Ülker ilə həyatını birləşdirib. Cütlüyün yaxın dostlarının şahidliyi ilə keçirilən nikah mərasimi Gaziantep şəhərində baş tutub.

Yeri gəlmişkən qeyd edək ki, Kutsi səkkiz il münasibətdə olduğu Feyza Çıpadan  evliliyə hazır olmadığı üçün ayrılmışdı.