Yavaş hərəkət etdiyi üçün uşağı küçəyə atıb orada geyinməsini tələb etdilər - VİDEO

03:40 13-03-2021 504

Rusiya paytaxtında səkkiz yaşlı uşağın doğmaları tərəfindən döyülüb küçəyə atılması ilə bağlı kadrlar böyük müzakirələrə səbəb olub.

Görüntüləri “Mash” “Telegram” kanalı paylaşıb.

Bildirilir ki, hadisəyə səbəb məktəbə hazırlaşan Lera Kutuzovanın astagəl tərpənməsi olub. Onun yavaş hərəkətlərindən bezən ana və nənə azyaşlını binanın dəhlizinə ataraq, orada geyinməsini tələb ediblər.

Kadrlarda görünür ki, qohumları uşağın nə izahına, nə də göz yaşlarına baxmır, hələ üstəlik onun sürətlə hərəkət etməsi üçün şillə-təpik vururlar.

Buna şahid olan qonşular polisə xəbər veriblər. Hazırda məsələ ilə bağlı yoxlamalara başlanılıb.