Gur saçlı körpə sosial şəbəkələrdə məşhurlaşıb – FOTO

07:00 13-03-2021 513

Britaniyalı bloqer iki aylıq qızının şəkillərini sosial şəbəkələrdə paylaşıb.

“Reddit” portalının məlumatına görə, körpə öz saç düzümü ilə görənləri heyrətləndirib.  

Gur saçlı körpənin fotosu qısa müddət ərzində 70 min bəyənmə toplayıb.

Bir çoxları onun saç düzümünü əfsanəvi Elvis Presli ilə müqayisə ediblər. Bəziləri onu Rapunsel adlandırıblar.