Avtomatik darvazaya sıxışan uşaq komaya düşdü - VİDEO

08:00 13-03-2021 547

Rusiyanın Tomsk vilayətində yeddi yaşlı uşağın ehtiyatsız hərəkəti faciə ilə nəticələnib. Belə ki, avtomatik darvazalarla oynayan uşaq dəmirlərin arasında sıxışıb qalıb.

Bu barədə “Life Shot” “Telegram” kanalı görüntülər yayıb.

Hadisə yerinə cəlb olunan həkimlər dərhal ilkin tibbi yardım göstəriblər, sonra uşaq xəstəxanaya çatdırılıb.

Azyaşlı kliniki ölüm keçirib, o, tənəffüs aparatına qoşulub.

Bədbəxt hadisə ilə bağlı “Ehtiyatsızlıqdan sağlamlığa ciddi ziyan vurulmasına səbəb olan təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi açılıb.