Binəqədidə 33 yaşlı kişi bıçaqlanıb

22:40 13-03-2021 538

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ağayev Akşin Caniyar oğlu mübahisə zəminində iki bıçaq zərbəsi alıb.

O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.