ABŞ-da bir sutkada üçüncü terror aktı

20:45 04-08-2019 540

ABŞ-ın Çikaqo ştatında dinc əhaliyə silahlı hücum olub.

“RİA Novosti” xəbər verir ki, uşaq oyun meydançasına kənarda dayanmış “Chevrolet Camaro” markalı avtomobildən atəş açılıb.

Nəticədə yeddi nəfər yaralanıb.

Qeyd edək ki, bu, ABŞ-da son bir sutka ərzində üçüncü terror aktıdır.

Daha əvvəl Texas ştatında ticarət mərkəzinə hücum zamanı 20 nəfər ölmüş, 26 nəfər yaralanmışdısa, Ohayoda doqquz nəfər yaralanıb, 20 nəfər yaralanmışdı.