Ağstafada qanunsuz saxlanılan silahlar aşkarlanıb - FOTO

19:00 14-03-2021 546

Ağstafada qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olunub

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.

Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan bir ədəd ”ZK” modelli, 24 kalibirli, tək lüləli ov tüfəngi, rayonun Ağgöl kənd sakinindən “İJ” markalı, 20 kalibirli, tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alıxan Bayramovdan bir ədəd “İJ” markalı, 28 kalibirli, tək lüləli ov tüfəngi, Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ” markalı, 16 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, davam etdirilən tədbirlər nəticəsində rayonun Sadıqlı kəndi ərazisində bir ədəd sahibsiz “TOZ” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi aşkar edilib.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.