Rusiyada ağ ayı evin damına çıxdı – VİDEO

02:40 15-03-2021 535

Rusiyanın Şimal əyalətlərindən birində qeyri-adi hadisə qeydə alınıb.

“Haber Global” bildirir ki, ucqar kəndlərin birində ağ ayı evin damına çıxıb.

Evin həyətindəki it nə qədər çalışsa da, vəhşi heyvanı qorxuda bilməyib.

Qonşulardan biri bu görüntüləri mobil telefon vasitəsilə çəkərək, sosial şəbəkələrdə paylaşıb.