ABŞ-da silah dövriyəsinə nəzarəti gücləndirməyi tələb edirlər

04:45 05-08-2019 573

ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri Nensi Pelosi Senatla birgə ölkədə odlu silahlarla törədilmiş zorakılıq aktlarına son qoymağa çağırıb.

Bu haqda bəyanatı Pelosi öz internet saytında yerləşdirib.

Spiker silah dövriyəsinə nəzarəti gücləndirməyə çağırıb.

O qeyd edib ki, ağrı və zülüm gətirən silahlı zaorakılıq daha heç bir amerikalı ailəsinə gəlməməlidir.

Son gün ərzində ABŞ-da iki kütləvi güllələnmə hadisəsi baş verib. Texasdakı atışma zamanı 20 insan ölüb, 26-sı yaralıdır. Oqayoda baş verən güllələnmə isə 9 nəfərin ömrünə son qoyub, 27 yaralı var.