Qar uçqunu turistləri özü ilə sürüdü - ANBAAN VİDEO

02:00 17-03-2021 539

Rusiya Federasiyasının Buryatiya Muxtar Respublikasında motonart sürücüsü qar uçqunu yaradıb. Həmin vaxt Mamay dağının yamacında 10-dan artıq turist olub.

Bu barədə “Podyom” “Telegram” kanalı kadrlar yayıb.

Bildirilir ki, zərərçəkən yoxdur, insanlar qarın səthi ilə üzüaşağı sürüşüb.

Şahidlərin sözlərinə görə, qar uçqununa səbəb olan kişinin özü də qarın altında qalıb, sonradan insanlar onun çıxmasına kömək ediblər.