Qadın müşahidə kamerasının sayəsində uşağı pedofildən xilas etdi - VİDEO

05:00 19-03-2021 542

Misirli qadın müşahidə kamerasından təsadüfən gördüyü mənzərə sayəsində uşağı pedofilin əlindən xilas edib.

Bu barədə “The Observers” xəbər yayıb.

Bildirilir ki, Qahirədə laboratoriya əməkdaşı olan Yevgeni Osama təsadüfən kameraya baxarkən qalstuklu bir kişinin balaca qızcığacı küncə sıxışdırdığını və əlini qızın paltarının altına saldığını görüb.  

Qadın uşağı xilas etmək üçün laboratoriyadan qaçaraq çıxıb.

Kişi əvvəlcə ittihamları rədd edib, ancaq Osama kameranı göstərəndən sonra kişi aradan çıxıb. Misirli qadın həmkarı ilə birlikdə onun arxasınca düşsə də, gözdən itirib.

Bundan sonra Osama videonu internetdə yayımlayıb. Kişinin sifəti kadrlarda aydın göründüyündən sosial şəbəkə istifadəçiləri onu tanıyıb və polisə məlumat verib.

Sonradan məlum olub ki, yeddi yaşlı qız şəhərin elit binalarının birində keşikçi işləyən atasına yardım məqsədi ilə dəsmal satırmış.

İstintaq zamanı daha bir görüntü əldə edilib. Bu, qarşı binanın müşahidə kamerası ilə çəkilmiş kadrlar olub. Videoda kişinin balaca qızla danışdığı, sonra onların binaya tərəf getdikləri görünür.

Cinayətkar yeddi il müddətinə azadlıqdan məhrum edilib.