Kianu Rivz öz komiksini ekranlaşdıracaq
05:40 25-03-2021 466
Hollivudun tanınmış simalarından olan Kianu Rivz “BRZRKR” adlı komiksini ekranlaşdıracaq.
“Deadliine” resursu məlumat verir ki, aktyor komiksin ekran versiyasında baş rolu ifa edəcək.
Filmdən sonra komiksin motivləri əsasında animasiya serialının çəkiləcəyi də bildirilir.
Tammertrajlı filmə gəlincə, onun ekranlara nə zaman çıxacağı açıqlanmır.