Paris Hilton yeni obrazı ilə hər kəsi təəccübləndirdi – FOTO/VİDEO

08:40 30-03-2021 550

Tanınmış model, aktrisa və müğənni Paris Hilton “Lanvin”in yeni siması olub. 

Bu barədə “Stars 365” xəbər yayıb.

Bildirilir ki, Fransada yerləşən moda evi üçün çəkilən kadrlarda amerikalı aktrisa yeni obrazda hər kəsi təəccübləndirib.

“Bu kampaniyanı müzakirə edərkən Paris Hiltonu  əvvəl olmadığı kimi göstərməyi düşündüm. Mən nə isə saf və simvolik bir şey etmək istəyirdim”, - deyə “Lanvin”in kreativ direktoru Bruno Sialelli vurğulayıb.

Qeyd edək ki, Fransanın ən qədim moda evi olan “Lanvin”in əsası 1889-cu ildə Janna Lanven tərəfindən qoyulub. Onun estetikası intibahı və davamlı islahı əks etdirir. Elə buna görə də artıq ikinci ildir ki, brendə rəhbərlik edən Sialelli biznes ledi, model, DJ, aktivist və bəlkə də tarixdə ilk inflyuenser olan Hiltonun təkamülünü “Lanvin”in kampaniyası ilə qeyd etmək qərarına gəlib.

Sosial şəbəkə istifadəçiləri də 40 yaşlı ulduzun qısa parikdə və rəsmi geyimdə olan yeni obrazını bəyəniblər.