Şeron Stoun illərlə babası tərəfindən cinzi təcavüzə məruz qaldığını etiraf etdi

00:00 31-03-2021 437

Amerikalı tanınmış kino aktrisası Şeron Stoun “The Beauty of Living Twice” xatirə kitabında öz uşaqlıq illərində başına gələn hadisələr barədə yazıb.

“Haber Global”ın məlumatına görə, məşhur aktrisa mərhum babasının ona və bacısına qarşı cinsi zorakılıq hallarına yol verdiyini etiraf edib.

Kino ulduzunun sözlərinə görə, nənələri onları babaları ilə bir otaqda bağlayıb, sonuncu da vəziyyətdən istifadə edərək, bacılara cinsi təcavüz edib.

Stoun bu halların illər boyu dəfələrlə təkrarlandığını qeyd edib.

63 yaşlı Stoun 14 yaşında olduğu zaman babasını itirərkən, bundan məmnun olduğunu da gizlətməyib.