Gürcüstan parlamentinin sədrinin istefası tələb olundu

21:45 20-06-2019 707

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə baş verən hadisələrlə əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq, Gürcüstana qayıdıb.

 “Georgia Online” xəbər verir ki, oTbilisiyə qayıdan kimi istefa haqda bəyanat verəcək. İstefa ilə bağlı qərarın artıq qəbul edildiyi bildirilir.

Bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Dünyanın 25 ölkəsindən 100-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə yaşanmış bu protokol səhvinə görə, ictimaiyyət nümayəndələri və siyasətçilər Kobaxidzenin istefa verməsini tələb ediblər.