Niyaməddin Musayev: “Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı”

23:40 15-04-2021 415

Bu gün yerli mediada Xalq artisti Niyaməddin Musayevin vəziyyətinin pisləşməsi və ölüm xəbəri yayılıb.

Xəbərlərin nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün müğənni ilə əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında bildirib ki, bütün bunlar şayiədir:

“Xəstəxanadayam, müalicələrim davam edir. Ümumi vəziyyətim pis deyil. Günü-gündən daha da yaxşı oluram. Yəni, irəlləyiş var. Peşəkar həkimlərimiz sağ olsun. Nə yaxşı ki bu cür dövlətin vətəndaşıyam. Amma gün ərzində gic-gic xəbərlər oxuyuram. Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı. Bunlar hamısı yalandır. Sevənlərimə böyük təşəkkürümü bildirirəm ki, daim diqqətlərindəyəm. Hər kəs narahatdır, mənə görə dua edirlər”.