Zelenski bu gün Türkiyəyə səfər edəcək

05:00 07-08-2019 490

Bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri başlayır.

Türkiyə prezidentinin içtimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, iki gün çəkəcək səfər dövlət başçısı Rəcəb Tayip Ərdoğanın dəvəti ilə baş tutacaq.

Səfər zamanı tərəflər ikitərəfli münasibətləri və əməkdaşlığın inkişafını müzakirə edəcəklər.

Danışıqlar zamanı Qara dəniz hövzəsində sılh və stabilliyin bərqərar olunması haqqında fikir mübadisənin aparılacağı da gözlənilir.

Ankaradan sonra Zelenski İstanbulu ziyarət edəcək.