Britni Spirs oğlu ilə nadir fotosunu paylaşıb – FOTO

07:00 21-04-2021 506

Amerikalı müğənni Britni Spirs böyük oğlu Şon Prestonla fotosunu “Instagram”da paylaşıb.

“Korrespondent” nəşrinin məlumatına görə, qısa müddət sonra ifaçı paylaşımı silsə də, onun pərəstişkarları şəklin surətini çıxarmağa macal tapıblar.

Qeyd edək ki, Britni Spirsin 14 yaşlı Ceyden adlı daha bir oğlu var. Uşaqların atası pop ulduzun keçmiş əri Kevin Federlayndır. Cütlük 2008-ci ildə boşanıb və oğlanlar ataları ila birlikdə qalıb.