Bacanaqlar arasında dava düşdü, işə polis qarışdı

02:00 21-06-2019 581

Bakıda 40 yaşlı kişi bacanağı tərəfindən döyülərək ağır xəsarət alıb.

HerGun.Az-ın məlumatına görə, hadisə Nizami rayonu, Bəhruz Quliyev küçəsində baş verib.

1979-cu il təvəllüdlü Quliyev Gündüz Ağaqulu oğlu evdə mübahisə zəmnində bacanağı tərəfindən küt alətlə döyülüb. O baş-beyin silkələnməsi və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu