Azərbaycanda iqtisadi fəallıq bərpa olunur: Nazir açıqladı - FOTO
16:40 22-04-2021 539
“Qeyri-neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir”.
HerGun.Az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bu ilin birinci rübündə qeyri neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4 faiz olub və bu göstərici ötən ilin müvafiq dövründən 3,7 faiz çoxdur:
“Qeyri neft-qaz sektorunda müsbət dinamika davam edir və aprel ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım gözləyirik”.
#Qeyrineft sektorundan #daxilolmaların artması #iqtisadi fəallığın bərpasının başladığını göstərir. Bu ilin I rübündə...
Mikayil Jabbarov paylaştı: 22 Nisan 2021 Perşembe