Ərəb koalisiyası Yəmən dronunu vurdu

03:54 21-06-2019 725

Səudiyyə Ərəbistanın hava hücumundan müdafiə qüvvələri "Ənsar Allah" hərəkatından (husilər) olan Yəmən üsyançıları tərəfindən atılan pilotsuz uçuş aparatını vurublar.

“RİA Novosti” xəbər verir ki, bunu Yəməndə vuruşan ərəb koalisiyasının nümayəndəsi Turki əl-Maliki deyib.

Onun sözlərinə görə, husilərin cinayətkar təşkilatı mülki obyektlərə zərbə vurmağa cəhd göstərib:

“Krallığın HHQ qüvvələri hücumu dəf edə bilib və husilər tərəfindən Cizana istiqamətində yönləndirilmiş pilotsuz uçuş aparatını vurub”.