Çində tətil səyahətləri pandemiyadan əvvəlki göstəricini keçdi

09:00 04-05-2021 12

Çin sakinləri milli bayramlarının ilk günündə ölkə daxilində 56,4 milyondan çox səyahət reallaşdırıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 111,5 % çoxdur.

“China Daily” xəbər verir ki, pandemiyadan əvvəl, 2019-cu ildə may tətili zamanı Çinin nəqliyyat sistemi təxminən 54,6 milyon sərnişin daşıyıb.

2020-ci ildə Çin sakinləri may tətilləri dövründə ölkə daxilində 115 milyon səyahət ediblər.

Çin Nəqliyyat Nazirliyinin proqnozuna görə, bu il mayın 1-dən 5-dək səyahətlərin sayı 260 milyonu keçəcək.