Rio-de-Janeyroda atışma zamanı 23 nəfər həlak olub

20:40 06-05-2021 379

Rio-de-Janeyro metrosunda polislə narkotacirlər arasında atışma baş verib.

“RİA Novosti” xəbər verir ki, atışma zamanı 23 nəfər həlak olub.

Hadisə şəhərin şimal rayonu olan Jakarezinyuda baş verib.

Polis narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan dəstəyə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsindən ölənlərin birinin polis əməkdaşı, digər 22 nəfərin isə dəstə üzvləri olduğu bildirlib.

Bununla yanaşı, iki polisin və iki nəfər metro sərnişininin yaralandığı qeyd edilib.