Hindistanda yüzlərlə insan koronavirusu məhv etmək üçün dini ritual həyata keçirdi - VİDEO

23:40 06-05-2021 35

Koronavirusun tüğyan etdiyi Hindistanda keçirilən dini ritualda yüzlərlə insan iştirak edib.

Bu barədə “Hürriyet” yazıb.

Rəsmilərin xəbərdarlığına məhəl qoymayan Hindistan əhalisi koronavirusu məhv edəcəyinə inandıqları dini ritualı yerinə yetirib. Rituala qatılanlar başlarının üzərində daşıdıqları qablardakı suyu Bailyaved məbədinə tökdükləri zaman bütün bəlalardan qurtula biləcəklərinə inanır.

Hindistan polisinin məlumatına görə, ritualda iştirak edənlərdən 23 nəfər saxlanılıb.