Nedved: “Pirlo və Ronaldu “Yuventus”da qalacaq”

04:20 11-05-2021 31

“Yuventus”un vitse-prezidenti Pavel Nedved klubun baş məşqçisi Andrea Pirlo və hücumçu Kriştianu Ronaldunun komandada qalacağını təsdiqləyib.

Bu barədə Sports.ru məlumat yayıb.

“Biz müəyyən çətinliklər yaşayırıq. Bu normaldır. Sonadək mübarizə aparacağıq. Sözsüz ki, Pirlo “Yuventus”da qalacaq. Ronaldu da həmçinin”, - deyə Nedved bildirib.

Qeyd edək ki, hazırda “Qoca sinyora” A Seriyasında 5-ci yer tutur.