Silvestr Stallone malikanəsini satır
03:20 14-05-2021 460
Amerikalı aktyor və rejissor Silvestr Stallone Los-Ancelesdəki malikanəsini təkrarən satışa çıxarıb.
Bu barədə “Mansion Global” nəşri məlumat yayıb.
140 sotluq ərazinin dəyəri 85 milyon dollardır.
Məşhur bu mülkü ilk dəfə yanvar ayında satışa çıxarıb. O zaman daşınmaz əmlaka 110 milyon dollar qiymət qoyulub.
Pandemiya şəraitində bahalı əmlakın satışındakı çətinlikləri nəzərə alan Stallone mülkün dəyərini 25 milyon dollar endirib.