Bryus Uillisin qızından atasına bənzərliyi ilə bağlı gözlənilməz etiraf - FOTO

05:20 19-05-2021 489

Hollivud ulduzu Bryus Uillisin qızı Tallula atasına bənzədiyi üçün xarici görünüşündən nifrət etdiyini etiraf edib.

Bu barədə aktrisa özünün “Instagram” hesabında yazıb.

27 yaşlı məşhur özünün müxtəlif illərdə çəkilmiş şəkillərini, həmçinin anası, super model Demi Mur ilə fotolarını paylaşıb.

Paylaşıma şərh kimi Uillis dismorfofobiyadan (insanın bədəndə əhəmiyyətsiz deffekti, və ya bədən quruluşu ilə bağlı narahatçılığı) əziyyət çəkdiyini yazıb.

Aktrisa bildirib ki, uzun illər üzünün kişilərə məxsus cizgilərinə görə, daha çox atasına oxşadığını düşünüb və bundan əziyyət çəkib.

“Düşünürdüm ki, əzələli sifətim özümə olan nifrətimin səbəbidir, amma mən haqlı deyildim”, - deyə qız bildirib.

Uillis insanın üzündəki yaşla bağlı dəyişiklikləri və qocalığı idarə edə bilmədiyini anlaması üçün uzun müddət lazım olduğunu bildirib.

“Mən həyatımın istənilən mərhələsində və istənilən bədən quruluşunda (hamı kimi) ləyaqətli insan olmaqda davam edirəm”, - deyə o bildirib.