Məşhur topmodel 50 yaşında ana oldu - FOTO

05:40 19-05-2021 510

Tanınmış topmodel və aktrisa Naomi Kempbell 50 yaşında ana olub.

Bu barədə o, özünün “Instagram” səhifəsində məlumat verib.

Modelin paylaşdığı fotoda yalnız körpəsinin ayaqları əks olunub.

“Bu balaca möcüzə məni öz anası olaraq seçib. Fəxr edirəm ki, həyatımda belə gözəl bir insan peyda olub. Dünyada bundan daha böyük sevgi yoxdur”, - deyə Kempbell qeyd edib.

Onun paylaşımı qısa müddət ərzində çox sayda bəyənmə toplayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Naomi Campbell (@naomi)