İslandiyanın “Avroviziya” təmsilçiləri koronavirusa yoluxub

19:00 19-05-2021 490

İslandiyanı “Avroviziya 2021” mahnı yarışmasında təmsil edən “Da i og Gagnamagni” qrupunun üzvlərindən birinin koronavirus testi müsbət çıxıb.

Bu barədə TASS müsabiqənin təşkilatçılarına istinadən məlumat yayıb.

Məlumata əsasən, hələ mayın 16-da nümayəndə heyəti üzvlərindən birində COVID-19 aşkar olunub. Bu gün isə artıq qrup üzvlərindən birinin də yoluxduğu təsdiqlənib.

Bununla əlaqədar, İslandiya kollektivinin bugünki yarımfinaldakı canlı çıxışı ləğv olunub. Canlı ifa əvəzinə, səhnədə qrupun 13 may məşqi zamanı çəkilmiş videosu nümayiş olunacaq.

Xatırladaq ki, dünən baş tutmuş ilk yarımfinalda Azərbaycan təmilçisi Samirə Əfəndi müsabiqənin həlledici mərhələsinə vəsiqə qazanıb. “Avroviziya”nın final konserti mayın 22-də keçiriləcək.