Axtarışda olan Telman İsmayılov əmlakıyla vidalaşmaq istəmir

02:27 09-08-2019 471

Biznesmen, Çerkizov bazarnın sahibi Telman İsmayılov müflis etməsi ilə əlaqədar  vəsatət qaldırıb. Bu vəsatət müsbət cavablandırılarsa, müflis hesab olunduğundan, biznesmenin əmlakı da müsadirə ounmayacaq.

HerGun.Az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, müraciətə avqustun 15-də baxılacaq.

Söhbətin hansı əmlakdan getməsi dəqiqləşdirilmir. Məlum olduğu kimi, inventarlaşma idarəsi onun Moskvada və Moskva ətrafında torpaq sahələrinin, mülklərinin və mənzillərinin olduğunu müəyyənləşdirib.

Məlumatlara görə, iş adamının ümumi sahəsi 0,5 hektar olan üç torpaq sahəsi (Moskva vilayətinin Naro-Fominski və Odintsovo rayonları) var, bundan başqa, o, Odintsovo rayonunda qolf-klub kompleksi tikdirmək üçün 2,5 min kvadratmetrlik ərazi alıb. Bundan başqa, Naro-Fominsk rayonunda onun 636 kvdratmetrlik ikimərtəbəli malikanəsi, 1,2 kvadratmer ərazisi olan üçmərtəbəli evi var. Eyni zamanda  Odintsovo rayonunda 349 kvadratmetrlik bir otaqlı mənzilə,  Moskvada, Kutuzovski Prospektində, ümumi sahəsi 300 kvadratmetrdən bir qədər az olan iki mənzilə sahibdir. 

Xatırladaq ki, 2015-ci ilin dekabrında Moskva Vilayət Arbitraj Məhkəməsi Boris Zubkovun tələbi ilə Telman İsmayılovu müflis elan etmiş və ona qarşı iflas proseduru açmışdı. Daha sonra, 2016-cı ilin martında apelyasiya qərarı ləğv edildi. Məhkəmə, cənab Zubkovun  cənab İsmayılova 15 milyon rubl borc verməsini sübut olunmamış elan etdi. Bununla belə az sonra biznesmen yenidən müflis elan edildi. Hazırda onun bəzi şirkətləri iflasa uğrayıb.

T.İsmayılov Rusiyanın ən varlı biznesmenlər siyahısına aid edilirdi. 2009-cu ildə o, sahibi olduöu Çerkizov bazarı ilə bağlı hüquq-mühafizə orqanlarının genişmiqyaslı iradları ilə qarşılaşdı. Sanitar yoxlama idarəsi orada çoxaylı pozuntularla qarşılaşdıqdan sonra bazar bağladılar.

Hazırda biznesmen axtarışdadır və o, sifarişli qətldə ittiham olunur.