Gəncədə evdən 18 000 manatlıq oğurluq

13:40 21-05-2021 492

Gəncə şəhərində oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 13 500 manat dəyərində qızıl-zinət əşyaları, 4 350 manat dəyərində beş ədəd qol saatı və gümüş əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov saxlanılıb, hadisə ilə əlaqədar daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.