Türkiyədə hərbi anbarda partlayış

09:54 09-08-2019 444

Türkiyənin Hatay vilayətində hərbi hissələrin birindəki anbarda partlayış olub.

CNN Türk” xəbər verir ki, partlayış nəticəsində xəsarət alan olmasa da, təhlükəsizlik tədbirləri ilə əlaqədar hərbi hissənin yaxınlığında yaşayan insanlar təxliyyə edilib.

Anbarda partlayış səslərinin davam etdiyi bildirilir.

Hadisənin baş vermə səbəbi məlum deyil.