Xaçmazın icra başçısı Qıraqlı kəndində ağsaqqallarla görüşüb – FOTO

20:40 24-05-2021 364

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qıraqlı kəndində ağsaqqallarla görüşüb.

Görüşdə kəndin potensial imkanları eləcədə əhalinin narahat edən məsələlər müzakirə olunub. 

Kənd sakinləri daxili yolların təmirini eləcədə elektrik təsərrüfatının yenilənməsi kimi məsələləridə gündəmə gətiriblər.

Elnur Rzayev səsləndirilən mürcaiətlərin mərhələli şəkildə həll olunacağını vurğulayıb. 

Görüşdən sonra rayon rəhbərliyi Qıraqlı kəndində şanlı zəfərimizin şərəfinə salınan yeni parkla tanış olub. Parkda zəfər simvolumuza çevrilən “Xarıbülbül”ə abidə qoyulub.

400 kvadratmetr ərazisi olan istirahət məkanında dekorativ ağaclar və güllər əkilib, daş cığırların üzərinə oturacaqlar qoyulub.