Böyük Kəsik qatarında ölüm: hərəkət dayandı

11:45 09-08-2019 478

Böyük Kəsik-Bakı sərnişin qatarında 41 yaşlı kişi vəfat edib.

Bu barədə HerGun.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, bu gün saat 00:18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib. Belə ki, vaqondakı sərnişinlərdən biri - 1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyəti pisləşib.

Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Buna baxmayaraq, Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Onun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra qatar saat 02:02-də təyinatı üzrə yola salınıb. 

Qeyd edilib ki, hadisə nəticəsində Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.