Deputatdan təklif: “Azərbaycanda “Analar günü” təsis edilsin”

11:40 25-05-2021 373

Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı Azərbaycanda “Analar günü”nün təsis edilməsi haqqında təkliflə çıxış edib. 

HerGun.Az-ın məlumatına görə, M.İbrahimqızı qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da milli və ayrıca “Analar Günü”nün qeyd olunmasını təklif edib. 

“Azərbaycanda da qeyd olunan 8 Mart Beynəlxalq Qadınlar Günü daha çox siyasi xarakterli və insan hüquqları ilə bağlı məsələdir. Amma hesab edirəm ki, Azərbaycanda ayrıca “Analar Günü” qeyd olunmalıdır. Çünki “ana vətən”, “ana torpaq” deyirik. Odur ki, milli “Analar günü”müz olmalıdır”, - deyə millət vəkili əlavə edib.

Aqşin Kərimov